İraq hökumətindən açıqlama

İraq Daxili İşlər Nazirliyi mərkəzi hökumətə bağlı olan təhlükəsizlik qüvvələrinin ölkənin şimalındakı mübahisəli ərazilərdən çıxdığı ilə bağlı yayılan xəbərləri təkzib edib.

Metbuat.az-ın məlumatına görə, Nazirlik müşaviri Vəhab et-Tai yazılı açıqlamasında deyib: “Təhlükəsizlik qüvvələrimiz öz yerlərindədilər, federal polis, çevik qüvvət, terrorla mübarizə və ordu birliklərindən bir tabor belə geri çəkilməyib”.

Kərkük Təhlükəsizlik Müdirliyinə zəng vuraraq, tez-tez məlumat aldığını deyən Tai bildirib ki, şəhərdə sabitlik hökm sürür, bütün təhlükəsizlik əməkdaşları öz yerlərində işlərinə davam edirlər. Tainin sözlərinə görə, yayılan bu xəbər İraq qəhrəmanlarının əzmini qırmaq və əhalini təşvişə salmaq məqsədi daşıyır.

Qeyd edək ki, bu gün bəzi mətbu orqanlarda İraq mərkəzi hökumətinə bağlı ordu qüvvələrinin Kərkük də daxil olmaqla, bəzi ərazilərdən geri çəkildiyini yazıblar. Bundan əlavə qeyd edilib ki, bəzi məhəllələr yenidən Peşmərgənin nəzarətinə keçib.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR