ABŞ-ın Kolorado ştatında silahlı hücum olub.

Metbuat.az-ın məlumatına görə, ştatla eyni adı daşıyan Kolorado Universitetində baş verən silahlı hücum nəticəsində biri tələbə olmaqla, 2 nəfər həyatını itirib. Hadisə zamanı silahlı şəxsin özünün də öldüyü bildirilir. Ancaq onun necə ölməsi ilə bağlı açıqlama verilmir.

Hazırda hadisənin hansı səbəbdən törədildiyi araşdırılır.

Günay Elşadqızı \ METBUAT.AZ