Ərdoğan ilk dəfə açıqladı -

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TRT Vörld" beynəlxalq forumunda bır sıra maraqlı açıqlamalar verib.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, başda Almaniya olmaqla, Avropa Birliyi ölkələri PKK terrorçularına dəstək verir. İkili siyasətin yolverilməz olduğunu deyən Türkiyə lideri, Amerika Birləşmiş Ştatlarının da regionda analoji siyasət yürütdüyünü qeyd edib.

Ərdoğanın sözlərinə görə, Vaşinqton İŞİD-lə mübarizə altında PYD/YPG terror qruplaşmalarıyla əməkdaşlıq edir.

FƏTÖ terror təşkilatının lideri Fətullah Gülənə gəlincə, Türkiyə lideri ilk dəfə olaraq, onu idarə edən qüvvələrin olduğunu dilə gətirib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR