Misirin Gize şəhərində polis və terror qrupu arasında qarşıdurma yaşanıb.

Metbuat.az-ın məlumatına görə, təhlükəsizlik qüvvələrinin terror xəbərdarlığı almasından sonra polislər bölgəyə gedib. Bundan sonra polislə terrorçular arasında atışma baş verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində 20 polis həyatını itirib, 8 polis yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Günay Elşadqızı / METBUAT.AZ