Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Abdurrahman bin Casim Əl Sani Türkiyəyə səfər edəcək.
Metbuat.az-ın məlumatına görə, o,Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin üçüncü yığıncağına hazırlıq çərçivəsində oktyabrın 23-də Ankaraya gələcək.
Səfər zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, bu ziyarət kritik səfər kimi qəbul edilir.
Günay Elşadqızı \ METBUAT.AZ