ABŞ Dövlət katibi terror təşkilatını təbrik etdi

ABŞ Dövlət katibi Reks Tillerson PKK-nın Suriyadakı qolu PYD/YPG-ni Raqqa şəhərini İŞİD-dən azad etdiyi üçün təbrik edib.

Metbuat.az-ın məlumatına görə, Tillerson mesajında şəhərin İŞİD-dən azad edilməsi münasibətilə Suriya xalqını, Suriya Demokratik Qüvvələri adından istifadə edən PKK/PYD qüvvələrini və Suriya Ərəb koalisiyasını təbrik etdiyini bildirib: “İşimiz hələ bitməyib, ancaq Raqqanın xilas edilməsi İŞİD-lə mübarizədə kritik məsələ idi”.

Tillerson qeyd edib ki, Raqqa şəhərində Mülki Şura yaradılacaq. Şəhər bu üsulla idarə olunacaq.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR