İranın Hürmüzgan əyalətindəki Ziyaretali ərazisində 5,5 bal gücündə zəlzələ baş verib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzindən məlumat verilib. Məlumatda bildirilir ki, zəlzələ gecə saat 03:54-də, yerin 20 km dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat haqqında məlumat verilməyib.

Günay Elşadqızı \ METBUAT.AZ