Tarzən Ramiz Quliyevin yaradıcılıq gecəsi keçiriləcək

Tarzən Ramiz Quliyevin yaradıcılıq gecəsi keçiriləcək
18:22 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Oktyabrın 31-də, saat 19:00-da  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə  Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, ustad tarzən Ramiz Quliyevin "Səslən tarım" adlı yaradıcılıq gecəsi keçirilirəcək.

Qeyd edək ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin və Mədəniyyət kanalının birgə layihəsidir.

Milli.Az xəbər verir ki, konsertdə Xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, Əməkdar artistlər İlkin Əhmədov, Təyyar Bayramov, Səbuhi İbayev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov,xanəndələr Arzu Əliyeva, Aytən Məhərrəmova, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli çıxış edəcəklər.

İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı müşayiət edəcək. Ansamblın bədii rəhbər Xalq artisti Adil Bağırovdur. 

Biletləri şəhərimizin kassalarından, Asan xidmət mərkəzlərindən və online iticket.az saytından əldə etmək olar.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/592961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR