Ötən gün "Maşın" şounun final gecəsinin qonağı olan müğənni Nadir Qafarzadə verilişin aparıcısına hədiyyə etməyi də unutmayıb.
Milli.Az xəbər verir ki, müğənni ifasından sonra şounun aparıcısı Murad Dadaşova hədiyyə gətirdiyini bildirib:
"Mən bu gün bura əliboş gəlməmişəm. Ola bilər, sizə çoxlu hədiyyələr versinlər. Amma mən sizə maraqlı bir hədiyyə gətirmişəm. Elə-belə şey deyil ha... Xalis qızıldır. Siz ondan da artığına layiqsiniz".
Murad Nadirə təşəkkür edərək "O zaman buna sonra, ayrıca baxaram" deyib.
Məhəmməd Vaqif
Milli.Az