Yəməndə aprel ayından bu günə qədər 872 mindən çox şübhəli vəba xəstəsi tapılıb.
Metbuat.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, onlardan 2 min 180 nəfər epidemiyadan ölüb. Ölənlərin 32 faizinin uşaqlar olduğu deyilir.
Yəmənin 22 vilayətindən 21-də epidemiyanın yayıldığı verilən məlumatlar arasındadır.
Aysel Yaqubqızı / Metbuat.az