Həkimlər 10 yaşlı uşağın ayağındakı damarı qoluna köçürüblər.

Metbuat.az xəbər verir ki, ATU-nun Tədris Cərahiyyə Klinikasında daha bir əməliyyat uğurla icra olunub. Bu barədə şöbənin müdiri, həmçinin kafedranın assistenti, t.ü.f.d. Cəfər Nəsirli deyib:

"Uşaq yıxılıb və bizə sol qolunda bazu sümüyünün suprakondilər fəsadlı sınığı ilə müraciət ediblər. Müayinə zamanı artıq periferik nəbzlərin alınmadığını gördükdə xəstəni təcili əməliyyata apardıq. Əməliyyat 6 saat davam etdi. Sınıq bərpa olundu,. Xəstədə bazu arteriyasının esikiasiyası, trombozu, periferik qan dövranı pozğunluğu var idi. Ona görə də, xəstədə fəsadlaşmış damar tam götürüldü. Onun əvəzinə sağ aşağı ətrafdan vena alınaraq, sol yuxarı bazu sümüyünə köçürülüb”.

Əməliyatda iştirak edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidov un sözlərinə görə, əməliyyat zamanı aydın olub ki, travmaya görə bazu arteriyasının təxminən 4-5 sm-lik seqmentində disseksiya və ona bağlı olaraq, damar trombozu aşkarlanıb. Bunun nəticəsi olaraq, sol yuxarı ətrafda işemiya əlamətləri görülüb:

“Xəstə tərəfimizdən intraoperativ olaraq dəyərləndirildi. Bazu arteriyasında lokal disseksiyanın olduğu aşkarlandı və xəstəyə safen veu grefti ilə bazu arteriyasının interpozisiyası əməliyyatı uğurla icra edildi”.

M.Məcidov əlavə edib ki, əməliyyatdan sonra hər iki distal nəbzlər pozitiv olaraq qiymətləndirilib.

“Xəstə normal qidalanır. Uşaq bir neçə gündən sonra evə yazılacaq”.

Aysel Yaqubqızı / Metbuat.az

Mavi yumurtaların faydaları - Min dərdin dərmanıdır