Ötən gün reper Elşad Xosenin polis tərəfindən saxlanıldığı xəbəri yayılıb.
Metbuat.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, bu qalmaqala səbəb “Maşın” realiti şousu olub. Belə ki, realiti şouda rəqqasə Oksana Rəsulovanın reperi dəstəkləməsi, sosial şəbəkədə izləyicilərdən ona səs istəməsi dedi-qodulara səbəb olub. Bu da Elşad Xoseni özündən çıxarıb. Və rəqqasə ilə aralarında ciddi qalmaqal yaşanıb. Nəticədə reper rəqqasəni döyüb. Bu səsəblə də rəqqasə reperi polis şikayət edib.
Xatırladaq ki, bu cütlük 5 il öncə evli olub, ayrılıblar.
| Elariz Məmmədoğlu yayılan intim görüntülərdən danışdı -
ÖZƏL AÇIQLAMA - Oxumaq üçün tıkla |