Ötən gün "Xəzər" TV-də yayımlanan "5/5" verilişinin qonaqlarından biri də aktrisa Tünzalə Əliyeva olub.

Metbuat.az xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal aktrisaya belə bir sual ünvanlayıb: "Yellənçəyə minmisən?" Aktrisadan "hə" cavabı alınca, sualının ardını verib:

“Tutaq ki, uzun taxtalı yellənçəkdə Faiq Ağayev oturub, birdən o biri başına sən hoppanıb oturdun. O zaman Faiqə nə olacaq?" Aktrisa heç halını pozmadan suala belə cavab verib:

“Faiq Ağayev 100 faiz olduğuna görə, mənim gücüm çatmaz onun ağırlığını götürməyə. Onun sənətinə mənim gücüm yütməz.” Bu zaman müğənni oturduğu yerdən durub və aktrisanı öpüb.

Faiq Ağayev kimə söz atdı? - "Bir nəfər var ki, üzünə..." - Oxumaq üçün tıkla