Ötən gün "5/5" verilişinin qonağı olan Nadir Qafarzadə qalmaqallı şəklindən danışıb.
Milli.Az xəbər verir ki, verilişin aparıcısı Zaur Kamalın "Nadir, saytlar səndən yazır. Sənə lazımdır Dubaya gedəsən, şeyxin yanında şəkil çəkdirəsən?" sualına müğənni maraqlı cavabı ilə diqqət çəkib.
N.Qafarzadə bildirib ki, həmin şəkli pozub:
"Yazırlarsa, demək biz nəsə edirik. Həmin şəkli pozdum, sonra yenidən acığa İnstaqram-ıma yüklədim. Bir-iki xanım dedi ki, biz istəməzdik sən bu cür şəkillər qoyasan. O, açıq-saçıq şəkil deyildi. Mən orada yazmışdım ki, "Bəzi qızların arzuladığı kişi". Doğurdan da, bu, həyatın reallığıdır. Bu belədir! Hər kəs varlı kişi istəyir. Burada nə var axı?!"
Qeyd edək ki, Nadir Qafarzadə Dubayda istirahət zamanı şeyxin protreti ilə paylaşdığı fotosuna "Bir çox və bəzi "qızların" arzuladığı pullu day-day" şərhini yazdığı üçün ciddi tənqid olunmuşdu. Hər kəs onu bu ifadələrinə görə qınayıb. Tənqidlərin qarşısını almaq istəyən Qafarzadə paylaşımını silmişdi.
Məhəmməd Vaqif
Milli.Az