Bu dəfə "Xəzər tv"-nin "5/5" proqramının qonağı Əməkdar artist Nuşabə Ələsgərli olub.

Metbuat.az xəbər verir ki, aparıcı Zaur Kamal xanım müğənnidən qızının yaşını soruşub. Müğənnin cavab isə belə olub:

“Onun hələ ərə getmək vaxtı deyil, 21 yaşı var. Ali məktəbdə oxuyur.

Zaur Kamal isə müğənni Nadir Qafarzadənin "5/5"-də səsləndirdiyi sözləri xatırladıb:

“Ötən gün bir müğənni qonağım var idi, sizin qızınızı oğluna istəyir. Nə deyirsiniz?”

Xanım müğənni aparıcının bu sözünə sərt cavab verib:

“Belə söhbətlər mənim xoşuma gəlmir. Onun hələ ərə getmək vaxtı deyil”.