"İPhone X" satışa çıxarıldı

“Apple” şirkəti yeni “iphone X” modelini satışa çıxarıb.

Metbuat.az xəbər verir ki, son 24 saatda yeni modelə maraq həddindən artıq çox olub. Ekspertlər bu modellə “Apple”ın yaxşı gəlir əldə edəcəyini deyirlər.

“Apple” şirkəti son qazancları sayəsində dünyanın ən gəlirli şirkəti olan “Samsung”un yerini alıb.

Statistikalara görə, son 4 rübdə sözügedən şirkət 46.7 milyon “iPhone” cihazı satıb. Ümumi gəlirləri isə 52.6 milyard dollar olub.

Aysel Yaqubqızı / Metbuat.az

Azərbaycanda "WhatsApp" işləmir, bağlandı? - OXUYUN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR