Rafet El Roman Pərvin Abıyeva ilə sevgilidir? -

Rafetin yeni sevgilisi? - Belə də Pərvin Abıyeva olar?

Türkiyə mətbuatı iki gündür azərbaycanlı gənc aktrisa Pərvin Abıyevadan danışır.

Metbuat.az xəbər verir ki, qardaş ölkənin KİV-lərində aktrisanın məşhur müğənni Rafet el Romanla sevgili olduğu bildirilir. Bununla bağlı yayılan fotolardan məlum olur ki, Rafetin yanındakı xanım tamamilə başqa birisidir. Hətta onun Azərbaycanla heç bir əlaqəsi yoxdur. Yəni əslində, Türkiyə mediası həm özünü, həm də oxucuları çaş-baş salıb. Bəs bu xəbər necə olub ki, bu qədər yanlış formada çatdırılıb?

Sosial şəbəkələrdə də sürətlə yayılan və müzakirələrə səbəb olan bu görüntülər bir çox izləyicilərdə qıcıq yaradıb. Müzakirələr zamanı ən çox diqqət çəkən iki məqam olub.

1. Bu xəbər əslində P.Abıyevanın rol aldığı, azərbaycanlı və türkiyəli incəsənət nümayəndələri tərəfindən yeni çəkilmiş "Yanlış anlama" filminin reklamıdır. Yəni xəbərdə əsas diqqət müğənni ilə aktrisaya çəkilsə də, filmlə bağlı xüsusi vurğulama var.

2. Bu xəbəri Rafet bilərəkdən, keçmiş həyat yoldaşı, aktrisa Ceren Kaplakarslanın acığına yayıb. Diqqət çəkmək üçün də son zamanlar Türkiyə KİV-lərinin diqqətini çəkən P.Abıyevanın adından istifadə edib. C.Kaplakarslan “Sinemanın kral və kraliçası”: II sinema gözəli yarışması” layihəsində iştirak edəcək azərbaycanlı gəncləri seçmək üçün ölkəmizə gələn heyətin üzvüdür. Türkiyəli aktrisa son müsahibəsində azərbaycanlı biri ilə ailə qurmağa hazır olduğunu söyləmişdi. Məsələ ilə bağlı P.Abıyeva da açıqlama verib. O, yayılan xəbərin həqiqəti əks etdirmədiyini söyləyib.

Nadir Qafarzadə sərxoş canlı yayıma çıxıb? - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR