ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olan Nadir Qafarzadə sərt açıqlamaları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, adı tez-tez qalmaqallarda hallanan müğənni xalq artisti adını daşıyan bəzi həmkarlarının bostanını daş-qalaq edib.

Nadirin bir çox həmkarlarının peşəkarlığına kölgə salan həmin açıqlamasını təqdim edirik:

"Bizim indi elə xalq artistlərimiz var ki, notu bilmirlər. Oxuduğu mahnının hansı muğam üstündə, hansı notda oxuyacağını bilmirlər. Ad çəkmirəm, bu biabırçılqıdır".

Təhməz Təkin
Milli.Az