Dünyanın ən bahalı çaxırı satılıb.
Metbuat.az bildirir ki, Amerika Birləşmiş Ştatlarının Nyu-Orlean şəhərində təşkil olunan xeyriyyə hərracında dünyanın ən bahalı çaxırı satışa çıxarılıb. Adının açıqlanmasını istəməyən iştirakçı “Kaberne savinyon” sortunda olan çaxırın 1 şuşəsini 350 min dollara alıb. Bu, şərabçılıq tarixinə indiyə qədər satılan ən bahalı çaxır kimi düşüb.
