Azərbaycanda zəlzələ: Tərtərdə üç ev uçub - Komissiya sədri

Tərtərzəlzələ nəticəsində 3 ev uçub.

Bu barədə Metbuat.az-a Tərtər rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov açıqlama verib. Komissiya sədri bildirib ki, zəlzələ nəticəsində İsmayılbəyli kəndində 2 ev, Eloğlu kəndində 1 ev uçub, hansı ki, onlar köhnə binalar idi: “Yuxarı Qapanlı kəndində isə mal tövləsində dirək uçub, oranın sahibinin üstünə düşüb. Xəstəxanaya aparılıb, indi isə evindədi, vəziyyəti də yaxşıdır. İndiyə olan məlumata görə, 21 evə zərər dəyib, dediyim kimi 3 ev uçub, bir də mal tövləsi. 16 evdə isə çatlar əmələ gəlib. Başqa uçqun halları hələ ki, qeydə alınmayıb. Komissiya hazırda çatlarla bağlı araşdırma aparır”.

Günay Elşadqızı / METBUAT.AZ

Ağdamda zəlzədən sonra 30 nəfər... - İcra başçısı açıqladı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR