"Münaqişənin həllində diplomatiya qalib gələcək” - Sergey Lavrov

“Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq var. Bu gün biz ticari və digər sahələrdə də əlaqələrin genişləndirilməsi məsələlərini də müzakirə etdik”.

Metbuat.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib: ““Biz beynəlxalq platformalarda eyni mövqedən çıxış edirik. Həmçinin, Xəzərin statusu ilə bağlı məsələlərdən danışdıq”.

Sergey Lavrov mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır: “ATƏT-in Minsk qrupunun həmsədri kimi bu məsələnin həlli üçün səylərimizi davam etdirəcəyik. İnanıram ki, münaqişənin həllində diplomatiya qalib gələcək”.

Günay Elşadqızı / METBUAT.AZ

Vergi orqanları üzrə proqnoz tapşırıqlar - 109,1 faiz

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR