Nadir Qafarzadə sənətdən gedəcəyini açıqladı

"ARB Ulduz"un "Şou məkan" proqramının növbəti qonağı müğənni Nadir Qafarzadə maraqlı açılama verib.

Metbuat.az xəbər verir ki, o, ailəsindən danışıb, sənətdən gedəcəyi ilə bağlı açıqlama verib. Nadir Qafarzadə ailəsinə heç kimin toxunma ixtiyarının olmadığını söyləyib:

"Gündəmə ailə gəlir. Mənimlə başqa şeydən danışın. Daha ailə məsələsi qurtardı. Hamı bilir ki, bir həyat yoldaşım, iki oğlum var. 25 ildir ki, bir yerdə yaşayırıq. Sevgilim yoxdur. Ancaq bir ailəmdir. Böyük oğlum, ümumiyyətlə, mediadan uzaqdır. Onun üçün şou-biznes maraqlı deyil. Oğlum da, həyat yoldaşım da istəmirlər. Deyirlər ki, bu, sənin yolundur, həyatını da bu cür özün yaşa, bizi qatma. Hələ ki tələbatlı müğənniyəm, çağırırlar. Mən düşünürəm ki, 55 yaşdan sonra bu səhnədən getmək olar".

Sakinlər qorxu içindədir, quyuların sayı 200 oldu - VİDEO / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR