Türkiyə ordusu 24 saat izləyir, hər an başlaya bilər...

PKK terror təşkilatının Suriyadakı qolu YPG/PYD qüvvələri Fərat çayının yaxınlığında dayaq məntəqləri yaratmağa başlayıb.

Metbuat.az bildirir ki, Suriyada baş verən vətəndaş müharibəsindən istifadə edərək bir çox bölgəni işğal edən terrorçular həmin ərazilərə yeni qüvvələr cəlb edirlər.

Yaradılan mənqələrin ətrafında xəndəklər qazılıb, qum torbaları yerləşdirilib. Sərhəd bölgələrdə yerləşən Türkiyə Silahlı Qüvvələri baş verəcək hər hansı hücuma qarşı hazır vəziyyətə gətirilib. Avtomobil yolu ilə gətirilən ağır silah, zirehli avtomobil və yanacaq tankerləri Fərat çayının ətrafındakı ordu birləşmələrinə paylanılır.

Həmçinin, YPG-nin ABŞ-ın verdiyi silahları 13 ayrı anbarda saxladığı və 2 mindən çox ABŞ əsgərinin YPG qüvvələri ilə aktiv təmasda olduğu deyilir.

"Bitcoin"i olanlara BƏD XƏBƏR VAR - 64 milyon dollarlıq... – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR