Niderlandda soyuq silahla iki hücum nəticəsində ölən və yaralananlar var

Niderlandda soyuq silahla iki hücum nəticəsində ölən və yaralananlar var
01:57 15 Dekabr 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Niderlandın Maastrixt şəhərində baş verən iki hücum nəticəsində bir nəfər öldürülüb, daha bir neçə nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə "1Limburg" nəşri məlumat yayıb.
Bildirilir ki, polis hələ ki, iki hadisə arasında əlaqənin olub-olmadığı barədə açıqlama verməyib. Məlumata görə, hücumlar zamanı bıçaqdan istifadə olunub.
Birinci hücum Botsaartstraat küçəsi ərazisində, ikincisi isə onun yaxınlığında - Joseph Postmesstraat küçəsində qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/niderlandda-soyuq-silahla-iki-hucum-neticesinde-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR