"Oberdextin"-in 788 milyon dollarlıq rüşvət dalğası

Braziliyanın nəhəng inşaat şirkəti olan "Oberdextin" Latın Amerikası və Afrikada 788 milyon dollar rüşvət paylamasının ortaya çıxması bir çox ölkədə gərginlik yaradıb.

Metbuat.az-ın məlumatına görə, Peru prezidenti Pedro Pablo Kuçinski də istefa təzyiqi ilə üzləşib. Hökumətdəki 2 nəfərin “Reuters”ə açıqlamasına görə, Kuçinski Nazirlər Kabinetində də dəstiyini itirib. Kabinet üzvləri Oberdextdən Kuçinskinin idarə etdiyi bir şirkətə ödəniş edildiyini öyrənəndə çox təəccübləniblər. İqtidar partiyasından olan nazirlər və millət vəkilləri Peru liderinin vəzifəsindən çıxmağını istəyirlər. Beş milyon dollarlıq rüşvətin açıqlanması ilə müxalifət partiyaları da ayağa qalxıb. Müxalifətçilər Kuçinskinin dərhal istefa verməyini istəyirlər.

Ana müxalifət partiyası olan “Xalq Partiyası” Kuçinsksinin yerinə köməkçisi Martin Vizcarranın keçməli olduğunu açıqlayıblar. Konqresdə Xalq Partiyası çoxluq təşkil edir. Təzyiqlərə baxmayaraq, Peru lideri istefa verməyəcəyini açıqlayıb. Kuçinski, ötən gün televiziyadakı çıxışı zamanı rüşvət almağı ilə bağlı yayılan xəbərlərin yalan olduğunu və vəzifəsinə davam etdiyini bildirib.

Qeyd edək ki, Braziliyanın inşaat şirkəti olan Oberdext, ölkələrdə infrastruktur layihələrini qazanmaq üçün səlahiyyətlilərə milyonlarla dollar rüşvət verməkdə günahlandırılır. Məlumata görə, şirkətin rüşvət verdiyi ölkələr içərisində Argentina, Braziliya, Kolumbiya, Meksika, Venesuela, Ekvador, Quatemala, Dominik Respublikası, El Salvador, Panama və s. adı çəkilir. Afrikada isə Anqola və Mozambikə rüşvət verilərək, layihələr alınıb.

Ekvator prezidentinin köməkçisi Jorge Qlas, ötən gün rüşvət planını təşkil etməkdə təqsirli bilinərək 6 il həbs cəzasına məhkum edilib. Qlas və ətrafındakıların təqsirli bilindiyi məhkəmə prosesində, alınan 33,5 milyon dollarlıq rüşvətin geri ödənməsinə qərar verilib. Qlas, Oberdext qalmaqalına görə məhkum edilən ən yüksək səviyyəli siyasətçi oldu.

Latın Amerikası ölkələrində rüşvətin miqdarı isə belədir:

Braziliya - 349 milyon dollar

Venesuela - 98 milyon dollar

Dominikan Respublikası - 92 milyon dollar

Panama - 59 milyon dollar

Argentina - 35 milyon dollar

Ekvador - 33.5 milyon dollar

Peru - 29 milyon dollar

Quatemala - 18 milyon dollar

Kolumbiya - 11 milyon dollar

Meksika - 10.5 milyon dollar

Günay Elşadqızı / METBUAT.AZ

Amerikalı xanım raket qalıqlarının önündə İranı təhdid etdi - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR