Ayda reklam lövhələri yerləşdiriləcək

Yaponiya şirkəti Aya reklam lövhəsi yerləşdirəcək.

Metbuat.az bildirir ki, “İspace” adlı şirkət Aya reklam lövhələri yerləşdirməyə hazırlaşır. Bunun üçün yapon şirkət 90 milyon dollar büdcə ayırıb. “İspace” vəsait vasitəsilə növbəti 3 ildə bunu reallaşdırmağa hazırlaşır.

Şirkətin gələcək planları da diqqət çəkir. “İspace” iddia edir ki, 2040-ci ildən başlayaraq Ayda 1000 nəfərlik insan qrupu məskunlaşacaq və hər il 10 min turist Ayı ziyarətə gedəcək.

Şirkət planlarına sərmayə ayıran şirkətlərin Ayda reklamlarını yerləşdirməyi planlayır.

Qeyd edək ki, “İspace” şirkəti həmçinin “Google” tərəfindən 2007-ci ildə təsis edilən “Lunar X PRIZE” mükafatı uğrunda mübarizə aparan beynəlxalq şirkətlərdən biridir. “Google”nin qaydalarına görə, 10 il müddətində Aya ilk raket endirən şirkət 20 milyon dollarlıq mükafata sahib olacaq.

Avropada inəklərin böyrünü niyə deşirlər? – VİDEO – Baxmaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR