Nigar Camal Əməkdar artisti GÜNAHLANDIRDI: “Röya üstümə şər atır” - AÇIQLAMA

Nigar Camal Əməkdar artisti GÜNAHLANDIRDI: “Röya üstümə şər atır” - AÇIQLAMA
15:28 18 Dekabr 2017
193 Şou
Ölkə mətbuatı
A- A+

“Bu barədə açıqlama vermək istəmədikcə, görürəm ki, hamı ağzına gələni danışır. Bəziləri də mənim susmağımdan istifadə edib, ürəkləri nə istəyir yazır və danışır. Doğrudan da ayıbdır. Bu nə səviyyəsiz ifadələrdir işlədirsiniz? Bu millətə lazımdır ki, kimin harası necədir?”

Bu sözləri Publika.az-a açıqlamasında Nigar Camal söyləyib.

N.Camal “Altın kelebek”in əvvəlcədən ona veriləcəyi ilə bağlı vədə münasibət bildirib: “Bu, yalan söhbətdir, elə şey olmayıb. Tam şəffaf səsvermə keçirilib. Sadəcə olaraq oraya gedəndə bilirdik ki, qalib Röyadır. Mən oraya iştirak etmək üçün getmişəm. Anar Röyanı hotelə çağırmışdı, özü gəlmədi”.

O, daha sonra Röyanın “Xəzər maqazin” proqramına verdiyi açıqlamalara da cavab verib:

“Mən bənzətmək istədiklərinizə bənzəməyəcəm. Səsimi, oxumağımı bəyənməyə bilərsiniz. Amma bir də belə mərifətsiz söhbətlərdə adımı çəkməyin! Ola bilsin ki, bu cür ifadələr kimlər üçünsə adi bir şeydir. Amma mənim üçün deyil. Sabah gözü götürməməkdən öz saçıma qaynaq deyəcəklər. İnsan özündə olmayan şeylərə görə şər atıb sakitləşəcəyini düşünür, amma doğrunu özü yaxşı bilir. Yaxşı ki, hələ məni sevirmişsən bu qədər söz çıxartdın. Gör sevməsən, neyləyərdin. Sevən insanın problemi varsa, zəng vurub soruşar. Orada müsahibə alan jurnalist deyir ki, mən Röyaya arxamı çevirmişəm. Bu boyda yalan olar? Zalda oturulu halda necə arxanı çevirmək olar? Həyəcanlı olub yəqin. Əlini uzatdı, mən də əlini sıxıb təbrik elədim. Bu söhbətlər haradan çıxıb bilmirəm. Deyirlər ki, gündəmə gətirdik. Mənə belə səviyyəsiz söhbətlərlə gündəmə gəlmək lazım deyil. Danışmaq istəmədikcə məcbur edirsiniz. Gündəmdə qalmaq üçün başqasını seçin”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/224718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR