Pakistanın keçmiş baş naziri Nəvaz Şərif ona qarşı korrupsiya ilə əlaqədar məhkəmə qarşısına çıxıb.

Metbuat.az-ın məlumatına görə, keçmiş hökumət başçısının tərəfdarları İslamabad məhkəməsinin qarşısına toplaşaraq, ona dəstəklərini nümayiş etdiriblər. Qeyd edək ki, iki ay əvvəl iddianamə təqdim olunduqdan sonra keçmiş baş nazir günahkar olmadığını bildirmişdi.

Ötən həftə məhkəmə Şərif və ailə üzvlərinə qarşı Panama hüquq firmasından sızan sənədlərin səbəb olduğu rüşvət iddialarına baxıb.

İddialar ortaya çıxdıqdan sonra Pakistanın Ali Məhkəməsi aktivlərini gizlətdiyi üçün Nəvaz Şərifi baş nazir vəzifəsindən kənarlaşdırıb.