Təranə Qumral Nazəninlə olan qalmaqalının düyününü “Səni axtarıram” verilişində çözməyə çalışıb.
Publika.az xəbər verir ki, proqrama müraciət edən müğənni Təranə Qumral olub. Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı isə tərəfləri barışığa səsləyib: "Sizin davalarınız toyunuza da təsir edəcək. Bütün bu hadisələri görən ailə düşünəcək ki, bunları toya gətirim, ya yox? Mənə Təranənin göz yaşlarının şahidi oldum. O dedi ki, özümü öldürməyə gəlib çatmışam. Ölkələr arasında qırğın gedir, ölənlər olur, sonra barışırlar. Təranə ilə Nazənin nəyi bölüşə bilmir? Təranə mənə müraciət edib, mən isə kömək istəyəni geri qaytarmıram. Qadın olaraq bunlardan utanıram. Heç vaxt şou-biznesi müzakirə etməmişik. Təranə barışmaq istəmir. Mən də onu məcbur etməyəcəm. Nazənin deyir ki, oğlum nazirlikdə çalışır, biabır olacaq. Təranə deyir, oğlumla bağlı video yayıb. Təranə deyir Musanın, Nazənin deyir oğlumun əlindən xəta çıxacaq. Təranə video gətirib, bunu yayımlayıb, oğlunu biabır etmək istəmirəm. Mənə sənin prodüserini tanımıram. O, mənə zəng etməsin. Niyə mən sənin prodüserinlə danışmalıyam? Mənim məqsədim barışıq etməkdir".
T.Qumral artıq təngə gəldiyini və intihar etmək istədiyini deyib: "Mənə başqa-başqa rayonlardan zəng vururlar ki, ayıbdır. Sabah Nazəninin 60 yaşı olacaq. İnsan gənc olsa, bağışlayarsan. Bu yaşda efir qarşısında ər davası edir. Nömrəmi bilir, zəng edib nə sözü varsa, desin. Efir, milyonlarla insan qarşısında təhqiramiz sözlər, saytlarda nalayiq başlıqlar kimə lazımdır? Şəxsən mənim bu ucuz reklama ehtiyacım yoxdur. Mən canımdan doymuşam. Gəlmişəm burada öz sözümü deyim. Əlimdə videoyazı var. İnsanla dalaşıb-barışanda elə edirəm ki, peşmançılıq olmasın. Qarşı tərəf ağzına gələni deyir. Efirdə ər davası etmək ayıb da deyil, ölümdür. Bundan o tərəfə heç nə yoxdur. Bizimki şou-biznes deyil, qan davasıdır. Deyir mənim yiyəm var. Hanı əri? Hanı yiyəsi? Çıxıb ağzına bir şillə vursun, desin ki, bəsdir, sus, mən səni almışam, işləyən adamam. Mənim özümü idarə edəcək ağlım var. Problemim Nazənin deyil. Məni ölümlə hədələyirlər. Ölüm haqdır, öldürsünlər".