Müğənni Nadir Qafarzadə sosial şəbəkədəki paylaşımına görə tənqid edilib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi İsa peyğəmbərin şəklini yayımlayaraq bunları yazıb:
"Sən qayıdacaqsan... İsa peyğəmbər... İnsanlıqdan çıxmışları özünə qaytar. Yer üzünü yalanlardan, nadanlardan təmizlə. Rəhm elə, İsa. İnsanın hansı dinə xidmət etdiyi əsas deyil. Əsas insanlıqdır. İsanı tanımayan müsəlman müsəlman deyil. Allah".
Nadirin bu paylaşımını sosial şəbəkə izləyiciləri tənqid ediblər. Onlar sənətçinin yanlış yazdığını bildiriblər və ona məsləhət verməyə çalışıblar.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində