"Report" "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çinin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Hadisə axşam saatlarında baş verib. İtkin düşən dənizçilərdən 30 nəfəri iranlı, ikisi isə benqallıdır.
20-dən çox dənizçi təhlükəsiz şəraitdədir. Qəza yerinə xilasetmə katerləri göndərilib. Hadisənin səbəbləri araşdırılır.