Azərbaycan bu sahədə əvəzolunmaz ölkəyə çevrilir – Millət vəkilləri

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb olub.

Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı zamanı bildirib ki, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi göstərir ki, Azərbaycan xalqı öz tarixi, dini köklərinə bağlıdır.

Dövlət başçısının da dediyi kimi Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bunun nəticəsidir ki, Azərbaycan prezidenti 2016-cı ili “Multikulturalizm”, 2017-ci ili isə “İslam Həmrəyliyi” ili elan edib. Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir.

2017-ci ildə Azərbaycan idman sahəsində də böyük uğurlar qazanıb. İslam Həmrəyliyi Oyunları - Azərbaycanın siyasi, diplomatik, iqtisadi uğurlarına idman sahəsin dədə uğurun əlavə olunması deməkdir. İslam Həmrəyliyi Oyunları dünyada İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addımdır və Azərbaycanın niyyətinin, siyasətinin göstəricisidir.

Millət vəkili Cavanşir Paşazadə Metbuat.az-a açıqlamasında bildirib ki, bu, siyasi cəhətdən çox böyük məsələdir: “Dünyada gedən prosesləri, İslam ölkələrinə olan həmlələri görürsüz. Böyük hegemon dövlətlər apardıqları siyasət nəticəsində bəzi müsəlman ölkələrini özlərinə poliqona çevirib, silah satışına, bazara çevirib. Bu isə dünya, Avropa ölkələrinin qapılarında insanların məhvinə, körpələrin, insanların dənizlərdə boğulmasına gətirib çıxarıb. Bu cür hadisələr insanların, qadınların, körpələrin illər sonra məhvinə gətirib çıxara bilər.

Ona görə də, İlham Əliyev cənabları 2016-cı ildə “Multikulturalizm” ili elan etdi. Dünyada analoqu olmayan, heç bir dövlətdə olmayan institut yaradıldı. Bu instituta həm müsəlman, həm xristian, həm digər dinlərə və konfessiyalara məxsus olan insanlar cəlb edildi. 2016-cı ildə dünyanın bir çox ölkələrində tədbirlər keçirildi. Həm Asiya, həm Avropa ölkələrində, həm də Azərbaycanın regionlarında cənab prezident İlham Əliyevin fikri tam şəkildə xalqa çatdırıldı. Bəzən deyilir ki, Azərbaycan nəyə görə, bu qədər yükü öz üzərinə götürür, yəni “Avropa Oyunları”, “Formula-1”, “İslam Həmrəyliyi Oyunları” və s. Bunlar nə qədər çətin olsa da, biz bunu etməliyik, çünki biz daha çox tanınmalıyıq, gücümüzü daha çox nümayiş etdirməliyik. Biz göstərməliyik ki, doğrudan da dünyada həmrəylik istəyirik.

Göstərməliyik ki, Azərbaycanın heç bir dövlətin siyasətində, torpağında, yaşayışında gözü yoxdur. Biz bütün dünya ölkələrinin, eyni zamanda qonşu dövlətlərin yaxşı yaşamağını istəyirik. Dünyada bu gün dialoq günüdür, müharibə günü deyil. Çünki müharibə dünyanın məhv olması deməkdir. Hər bir şey dialoqdan keçir. Digər ölkələrdə olan hadisələr bizi sarsıdır. Çünki digər dövlətlərinin pis olmağı bizə lazım deyil, bu bizə də zərərdir. Qonşularımız nə qədər yaxşı yaşasa, bu bizə o qədər yaxşıdır. Ona görə də Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi” ili elan etdi, bir çox tədbirlər keçirildi, dünyanın bir çox ölkələrindən nümayəndə heyətləri ölkəmizə gəldi. Bu illə bağlı da dövlət başçısının fikirləri var. Məqsəd isə birdir – dünyada sülh”.

Millət vəkili Azər Badamov isə qeyd edib ki, 2016-cı ildə Azərbaycan “”Multikulturalizm ili”, sonrakı ildə isə “İslam Həmrəyliyi” ilinin elan olunması Azərbaycanda yaşayan bütün dinlərin, konfessiyaların, xalqların dost və səmimi, qarşılıqlı hörmət münasibətində yaşadıqlarının bariz göstəricisi idi: “Biz ölkəmizdə həm “Multikulturalizm”, həm “İslam Həmrəyliyi” ili bəyan etməklə dünyaya mesaj verdik ki, bir yerdə müxtəlif dinlərin, konfessiyaların, milli azlıqların nümayəndələri birgə və qarşılıqlı anlaşma şəklində yaşaya bilərlər. Heç bir antisemitzm, ikili yanaşma yolverilməzdir və bütün dünyada da bu istiqamətdə ümumi cəmiyyət inkişaf etməlidir”.

Azər Badamovun sözlərinə görə, ölkəmizdə “İslam Həmrəyliyi” ilində “IV İslam Həmrəyliyi Oyunları” keçirməklə ayrı-ayrı İslam ölkələrindən yüzlərlə idmançını, siyasətçini ölkəmizə dəvət etdik və gördülər ki, bizdə mühit necədir. Çalışdıq ki, dünyada hərməylik, qarşılıqlı anlaşma yaratmaq sahəsində öz töhfəmizi verək. “İslam Həmrəyliyi” ilində ölkəmizdə çoxlu tədbirlər keçirilib, bu tədbirlərdə də dünyanı narahat edən, qlobal problemlər müzakirə olundu. Bizim məqsədimiz isə dünyaya həmrəy olmaq istiqamətində bir töhfə vermək olub. Bununla biz həm də dünyaya Azərbaycanın dost mühitini təqdim edə bildik”.

Günay Elşadqızı / METBUAT.AZ

“Xalq Cümhuriyyəti qürurverici tarixi irsimizdir” – Millət vəkillərindən açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı