Türkiyəli müğənni Doğuş həyat yoldaşı, azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızını ad günü münasibətilə təbrik edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sosial şəbəkədə xanımı ilə birgə fotosunu paylaşan müğənni yazıb: "Həyatım, xoşbəxt illərin olsun... İllər keçdicə cavanlaşırsan. Səni sevirik".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı doğum gününü şəhər restoranlarından birində qeyd edib. Gecəyə aparıcının yaxınları və dostları qatılıb.
Milli.Az