Azərbaycan inkişaf etmiş ölkələr arasında iqtisadiyyatın inkluzivliyinə görə 3-cüdür

Azərbaycan inkişaf etmiş ölkələr arasında iqtisadiyyatın inkluzivliyinə görə 3-cüdür
14:32 22 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində dünya ölkələrinin iqtisadi inkluzivliyə görə reytinqi açıqlanıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, reytinq inkişaf etmiş və etməkdə olan ölkələr üçün ayrıca tərtib olunub.
İnkişaf etmiş ölkələr arasında Norveç 6,08 bal toplayaraq 1-ci yeri tutub. Növbəti yerlərdə 6,07 balla İslandiya və Lüksemburq, 4-cü yerdə 6,05 balla İsveçrə, 5-ci yerdə 5,81 balla Danimarka, 6-cı yerdə 5,76 balla İsveç, 7-ci yerdə 5,61 balla Niderland, 8-ci yerdə 5,44 balla İrlandiya, 9-cu yerdə 5,36 balla Avstraliya, 10-cu yerdə isə 5,35 balla Avstiya qərarlaşıb.
İnkişaf etməkdə olan ölkələr arasında isə Litva 4,86 bal toplayaraq 1-ci yerə sahib olub. 2-ci yerdə 4,74 balla Macarıstan, 3-cü yerdə 4,69 balla Azərbaycan, 4-cü yerdə 4,67 balla Latviya, 5-ci yerdə 4,61 balla Polşa, 6-cı yerdə 4,54 balla Panama, 7-ci yerdə 4,48 balla Xorvatiya, 8-ci yerdə 4,46 balla Uruqvay, 9-cu yerdə 4,44 balla Çili, 10-cu yerdə isə 4,43 balla Rumıniya qərarlaşıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-inkisaf-etmis-olkeler-arasinda-iqtisadiyyatin-inkluzivliyine-gore-3-cudur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR