Hakerlər 660 milyon dollar virtual valyuta oğurlayıblar.
Metbuat.az bildirir ki, Yaponiyanın ən böyük birjalarından olan “Coincheck”ə haker hücumu olub. Mediaya verilən açıqlamada hakerlərin 660 milyon dollarlıq NEM adlı virtual valyuta oğurladığı, pulların sahiblərinə qaytarılacağı bildirilir. Ancaq ödənişin nə vaxt və necə olacağı barədə hələ ki, dəqiq məlumat yoxdur.