Müğənni Nadir Qafarzadə bu dəfə şagird və tələbələri tənqid edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Klip+"a açıqlamasında dəftəri çantaya yox, qarnına qoyan uşaqlara səslənib:
"Bir uşağın ki, savadı qarnında və ya arxasında ola ondan nə gözləyirsən? Savad başda olmalıdır. Bunu efirə verəcəksiniz, ya yox bilmirəm. Amma bu həqiqətdir. Bu uşağa demirlər ki, ay uşaq, sənin dəftərin niyə orandadı? Biz də məktəbə gedib, təhsil almışıq da".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:


Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində