25 yaşlı müğənni-aktrisa Selena Qomez Los-Anceles küçələrində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, iki həftədir depressiyada olan ifaçı parkda gəzintiyə çıxıb. Küçə stili üçün cins kombinezon seçimi edən Selena pis günləri geridə qoyduğunu deyib. 70-ci illər dəbinə qayıdan Qomez minimum makiyajdan istifadə edib.

Qeyd edək ki, Selena Qomez müğənni Castin Biberlə yenidən barışıb. Lakin Selenanın anası bu münasibətə qarşı çıxaraq, Castinlə küsülü olduğunu deyib.

Milli.Az