Müğənni Nadir Qafarzadə İsveçrədə təhsil alan oğlundan danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "5/5" verilişində deyib ki, övladı üçün çox pul xərcləyib.
O, aparıcı Zaur Kamalın "Ayda nə qədər pul göndərirsən? Onun təhsilinə 1 milyon gedib" sualına Nadir belə cavab verib:
"Ondan çox gedib. Məni sökdü. Dünyanın ən bahalı ölkələrindən biri İveçrədir. Çoxları deyir ki, nə var ey, pul verirsən. Orada oxumalısan. Biz təhsil pulunu ödəyirdik. Deyir, ata mənə o qədər pul qoydun, indi işsizəm. Hər yerə müraciət göndəririk, heç cavab olmur".
Zaur isə ona "Həmin pula üç ev alardın" deyib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində