Nikahdan öncə müayinələrin tətbiq edildiyi gündən (2015-ci il 1 iyun) indiyədək 373680 nəfər müayinəyə cəlb edilib ki, onlardan 1349-unda sifilis, 293-ündə QIÇS aşkarlanıb.
Erkən diaqnozun olduqca əhəmiyyət daşıdığı QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) elm adamlarına görə, ilk ağızda bəlli olur. Sindromun ən önəmli əlamətləri bunlardır:
tez-tez təkrarlanan diş əti qanaması;
diş əti iltihabı və periodontal xəstəliklər (diş əti və dişləri dəstəkləyən toxumalara təsir edən infeksiya xəstəlikləri).
QİÇS–ə yoluxmuş insanlarda müdafiə sistemi zəiflədiyinə görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.
Sifilis-klassik zöhrəvi xəstəliklər qrupuna aid olub, çox asanlıqla sağlam cinsi partnyora keçərək xəstəliyin ilk etaplarında cinsi orqanlarda xoraların meydana gəlməsilə xarakterizə olunur. Sifilisin səbəbi "treponema pallidum " adlı yüksək kontaginoz bakteriyalardır. 50% hallarda yoluxmuş şəxs ilk cinsi əlaqədə belə tam sağlam cinsi partnyoru yoluxdura bilər.
B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun İmmunalogiya şöbəsinin İmmuno-hemotologiya laboratoriyasının müdiri Günel İbrahimova Metbuat.az-a açıqlamasında bildirib ki, bu xəstəliklər cinsi yolla, steril olmayan ləvazimatlardan keçir.
“QİÇS üçün insanlar 1 saylı Şəhər Kliniki Xəstəxanasının nəzdində olan SPİD Mərkəzinə müraciət edə bilərlər. Orada xəstəliyin tam müayinə və müalicəsi həyata keçirilir. Sifilis üçün Respublika Dəri-Zöhrəvi Dispanserə müraciət etmək lazımdır.
Hər iksi cinsi yolla, qan və steril olmayan ləvazimatlarla insana keçir. Sifilis isə daha çox cinsi yolla keçir. QİÇS-in digər xəstəlikdən fərqi insana ağız suyu vasitəsilə də keçə bilməsidir. Hətta yara olmasa belə insana keçə bilər. Sifilisin müalicəsi var”.
Bu avtobusda gediş haqqı dəyişdirilir? - RƏSMİ AÇIQLAMA! – Oxumaq üçün tıklayın!