Binəqədi rayonunda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 2018-ci ilin fevral ayının 12-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanıb. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb.

İcra Hakimiyyətindən Metbuat.az-a verilən məlumata görə, komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb ediliblər. Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiya aktiv formada həyata keçirilir.

Binəqədi rayonunda yerləşən bütün səhiyyə ocaqlarında əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.

Əziz sakinlərimiz, hər birinizi sağlamlığınızı qorumaq naminə bu aksiyadan yararlanmağa dəvət edirik!

“İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il öncə Xocalıda yaşanıb” - Ərdoğan/ VİDEO – Baxmaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR