25 yaşlı Selena Qomes və 24 yaşlı Castin Biber münasibətlərinə ara veriblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, son vaxtlar cütlük ancaq davalarla gündəmə gəlirdilər.

Sonuncu mübahisə isə onları ayrılıq həddinə çatdırıb. Castin və Selena bir-birini çox sevdiyini, amma yorulduqlarını bildiriblər. Yaxınları onların bir-birindən dincəlməyə ehtiyacları olduğunu söyləyib:

"Onlar yenidən birləşəcəklər. Amma bir az dincəlməlidirlər".

Selena və Biber uzun ayrılıqdan sonra ötən ilin oktyabrında birləşmişdi.

Milli.Az