Müğənni Selena Qomez Los-Ancelesdə dostları ilə əyləncədən qayıdarkən görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 25 yaşlı ifaçı qısa cis şortik, sarı futbolka, cins gödəkçədə olub. Parlaq makiyaj edən Selena koftasının üzərindəki yazı ilə diqqət çəkib: "Qadının gücünü qiymətləndirməmək lazım deyil".

Sosial şəbəkə izləyiciləri bunu Selenanın ayrıldığı sevgilisi Castin Biberə yolladığı ismarıc kimi dəyərləndirib.

Selenanın kökəlməsi isə yenidən sosial şəbəkədə müzakirə obyekti olub.

Milli.Az