AMB 250 mln. manat cəlb edir

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən Metbuat.az-a verilən xəbərə görə, aprelin 2-də keçiriləcək hibrid depozit hərracında 250 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01 - 12,99% təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR