Panama səfirini Venesueladan geri çağırır və bu ölkənin hakimiyyətindən öz diplomatik nümayəndəsini geri çağırmağı tələb edir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Panama Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Səfirin geri çağırılması ölkələr arasında münasibətlərin kəskinləşməsi fonunda elan edilib.

Milli.Az