Filipp Kirkorov azərbaycanlı müğənni Aysel Məmmədovanı diva adlandırıb.

Publika.az xəbər verir ki, ötən həftə Rusiyanın Xalq artisti Filipp Kirkorov Moskvada təşkil olunan "Eurovision" gecəsində Moldovanı Lissabonda "Eurovision" müsabiqəsində təmsil edəcək yetirmələri - “Doredos” qrupunu təqdim edib. O, qrup üçün “My lucky day” adlı hit yazıb.

Filip Kirkorov daha sonra Azərbaycanı sözügedən müsabiqədə təmsil edən müğənni Aysel Məmmədova ilə bağlı fikirlərini paylaşıb:

“Şəxsən mənə doğma Azərbaycandan olan parlaq diva və gözəl Aysellə görüşmək çox xoş idi. O, yarışmada yunan qardaşım Dimitri Kontopulosun mahnısını ifa edəcək.

Əzizim Aysel, sənə müvəffəqiyyət və uğur arzulamaq istəyirəm! Portuqaliyada görüşənədək, səni aprelin 30-də Lissabonda doğum günümə gözləyirəm! Görüş yeri əlavə olaraq bildiriləcək!”.

Xatırladaq ki, rusiyalı ifaçı 2006-cı ildə Xalq artisti Aygün Kazımovaya Moskavada keçirilən solo konsertində Azərbaycanın divası adını verib. Bu hadisədən sonra yerli şou-biznesdə Kazımovanı “Diva” ləqəbi ilə təqdim etməyə başladılar.