Londondakı "Royal Albert Hall"da "Olivier Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.

Milli.Az The Sun-a istinadən bildirir ki, Britaniyada teatr sənətçilərinə və xadimlərinə verilən ən nüfuzlu ödül sayılan bu mükafatın təqdimat mərasinə qatılanlar arasında bir çox məşhurlar vardı.

"Ən yaxşı aktrisa" nominasiyasında "The Ferryman" tamaşasındakı roluna görə Lora Donelli qalib sayılıb.

Digər nominasiyalar və qaliblərin siyahısı belədir:

"Ən yaxşı aktyor" - Brayan Krenstqn ("Network")

"Ən yaxşı arxa plan aktrisası" - Denis Qof - (Angels in America")

"Ən yaxşı arxa plan aktyoru" - Berti Karvel ("Ink, Ink")

"Ən yaxşı yeni dram" - "The Ferryman"

"Ən yaxşı yeni müzikl" - "Hamilton"

"Ən yaxşı yeni komediya" - "Labour of Love"

"Baletdə müstəsna xidmətlərə görə" - Françesa Veliçu

"Ən yaxşı yeni rəqs tamaşası" - Flight Pattern"

"Ən yaxşı teatr xoreoqrafı" - Endi Blankenbuegler

"Ən yaxşı müzikl aktrisası" - Şirli Henderson ("Girl From the North Country")

"Affiilə edilmiş teatrda ən yaxşı uğurlar" - "Killology"

"Musiqi sahəsində ən yaxşı uğurlar" - Lin-Manuel Miranda ("Hamilton")

"Ən yaxşı rejissor" - Sem Mendes ("The Ferryman")

"Ən yaxşı müzikl aktyoru" - Cayls Terera ("Hamilton")

Milli.Az