Xəbər verdiyimiz kimi, xalq artisti Fuad Poladov bu gün səhər saatlarında vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətkarın ölüm xəbərinə məşhurlar da biganə qalmayıblar.

Tanınmışlar sosial şəbəkədə xalq artisti ilə bağlı fotolar paylaşaraq başsağlığı diləyiblər:

Əməkdar artist Sənubər İsgəndərli - "Sənət, əxlaq, şəxsiyyət məktəbini yaradan sənətkar, Allah sənə rəhmət eləsin!"

Xalq artisti Faiq Ağayev - "Çox böyük itkidir... Çox... Nur içində yatın, Fuad müəllim! Allah rəhmət eləsin".

Rejissor Rövşən İsax - "Heç əlim gəlmir telefonun yaddaşından nömrənizi silməyə... Fuad müəllim... Amma heyf, heyf ki, bir də o nömrədən zəng gəlməyəcək. Allah rəhmət eləsin".

Xalq artisti Firengiz Mütəllimova - "Belə qalacaqsan ürəyimdə və yaddaşımda. Məkanın cənnət olsun. Allah rəhmət eləsin".

Reper Elşad Xose - "Çox heyif , çox... Belə gözəl adamı qoruya bilmədiniz. Allah rəhmət eləsin, "papa".

Xalq artisti Flora Kərimova - "Azərbaycanın böyük aktyorluq məktəbinin böyük siması, Allah axirətini versin.
Kişiliyinlə səhnədə yaratdığın obrazlar bütövlükdə şəxsiyyətindən bir parça idi. Kim deyirsə, əvəzsiz insan yoxdur, yanılır. Fuad Poladov, həm şəxsiyyət, həm sənətkar kimi əvəzsiz idi. Azərbaycan, basin sağ olsun! Ailəsinə dərin hüzünlə səbir diləyirəm".

Əməkdar artist Aybəniz Haşımova - "Çox böyük boşluq baş verdi sənətimizdə..."

Müğənni Nadir Qafarzadə - "Daha bir sənətkarı itirdik. Əvəzolunmaz aktyor, böyük sənətkar Fuad Poladov, Allah rəhmət eləsin!"

Əməkdar artist Elxan Yunis - "Allah sənə rəhmət eləsin, ustad. Sənətinin və şəxsiyyətinin qarşısında baş əymişəm həmişə. Son nəfəsimə qədər tələbən olacağıma söz vermişəm".

Əməkdar artist Sevda Ələkbərzadə - "Nə pis xəbər. Bu gün Fuad Poladovu itirdik. Allah rəhmət eləsin".

Milli.Az