"Ölüb yerə girmirsən? Ağsaqqal kişidir"

Milli.Az bildirir ki, ARB TV-nin "Səhər-səhər" verilişində qonaq olan müğənni Nadir Qafarzadə həmkarlarının ünvanına kəskin fikirlər səsləndirib.

O, Əli Mirəliyevi müdafiə etmək məqsədi ilə gənc müğənnilərə sərt ismarıc verib:

"Əli Mirəliyevi lağa qoyan müğənnilər, gedin qanqalınızı otlayın, adam olanda gələrsiniz. Mən qıcıqlanıram. Şəxsən yolda görsəm, tutub səni boğub öldürərəm. Ağsaqqal kişidir, utanmırsınızmı onun üzünə ağ olursunuz?! Ölüb-yerə girmirsən?! Mən Əli Mirəliyevi görəndə qorxuram ki, addımımda səhv tutar".

Həmin görüntünü təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

“Gedin qanqalınızı otlayın” - Nadir Qafarzadə müğənniləri tənqid etdi - VİDEO“Gedin qanqalınızı otlayın” - Nadir Qafarzadə müğənniləri tənqid etdi - VİDEO