Afrikanın 5 min illik qəbiləsi

Müasir həyatı rədd edərək 5 min illik adət-ənənələrini davam etdirən Pigmelər qısa boyları və həyat tərzləri ilə diqqət çəkir. Pigmelər həyatlarını ovlayaraq və yabanı bitkilər yeyərək sürdürürlər.

Metbuat.az xəbər verir ki, Orta və Qərbi Afrikanın Atlantik okeanına yaxın meşəlik ərazidə yaşayan və dünyanın ən qısa boylu insanları olaraq tanınan Pigmelər aradan minlərlə il keçməsinə baxmayaraq hələ də sürdürdükləri erkən dövrə aid həyat tərzləri ilə diqqət çəkir. Pigmelərin hardan gəldikləri barədə heç bir məlumat yoxdur.

Təxminən 120 santimetr boyları olan bu xalqa yunanca “cırtdan” mənasını verən “pigme” adını avropalılar verib.

Bədənləri incə tüklərlə örtülü olan Pigmelər geniş çənələri, düz burunları və iri gözləri ilə digər xalqlardan seçilir.

Kamerundakı Pigmelər Baka və Bageli olaraq iki qola ayrılır. Baka Pigmeləri həyatlarını meşənin balta girməmiş hissələrində gözlərdən iraq sürdürür. Bagelilər isə Kamerunun ən böyük qəbilələrindən sayılan və meşəyə yaxın ərazilərdə yaşayan Bantular ilə birlikdə yaşayır.





https://metbuat.az/news/956502/meghan-markle-bu-qa...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR