Öldüyü zənn edildiyi üçün dəfn olunan uşaq 8 saatdan sonra məzardan diri çıxarılıb.
Metbuat.az bildirir ki, dəhşətli hadisə iyunun 5-i Braziliyada baş verib. Canlı uşağın torpağa basdırılması ilə bağlı polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polislər əlləri ilə torpağı qazaraq uşağı xilas edə biliblər.
Hadisədən dərhal sonra polis araşdırma başladıb. Məlum olub ki, uşağı 15 yaşlı qadın dünyaya gətirib. Uşağın nənəsi Kutz Amin adlı qadın öldüyünü zənn etdikləri üçün bu addımı atdıqlarını bildirib. Hadisə ilə bağlı polis araşdırmalara davam edir.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Şəhərin mərkəzində QORXULU GÖRÜNTÜ / VİDEO – TIKLAYIN!





